Beş ildir komada olan Şumaxerdən xəbər var

Beş ildir komada olan Şumaxerdən xəbər var
12:12 11 Sentyabr 2019
116 İdman
Ölkə mətbuatı
A- A+

Beş ildir komada olan Formula 1 yarışlarının əfsanəvi pilotu almaniyalı Mixail Şumaxerə Paris xəstəxanasında kök hüceyrə transplantasiya edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Alp dağlarında xizəklə sürüşərkən yıxılaraq zədə aldığı üçün süni aparata qoşulan pilotun ailəsi ona hüceyrə köçürülməsinə qərar verib.

Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Belə ki, zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR