“Zəng” gəlir

“Zəng” gəlir
12:37 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Xalq artistləri Afaq Bəşirqızı, Mabud Məhərrəmli, Səidə Quliyeva, Cəfər Namiq Kamal və başqaları bir araya gəliblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb "Zəng" adlı bədii filmin çəkilişidir.

Ekran işinin ssenari müəllifi və quruluşçu rejissoru Azərbaycan Televiziyası "Sabah" Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir.

Bundan başqa filmdə Əməkdar artist Qurban Məsimov da yer alır.

Hüseynbala Mirələmov və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında çəkilən ekran işi prodüseri Xalq artisti Ramiz Həsənoğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/785132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR