Puarye Makqreqorla döyüşmək istəyir

Puarye Makqreqorla döyüşmək istəyir
12:57 11 Sentyabr 2019
91 İdman
Ölkə mətbuatı
A- A+

Amerikalı döyüşçü Dastin Puarye yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorla revanş görüşü keçirmək istədiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Düşünürəm ki, indi mənimlə Konor arasında revanşın mənası var", - Puarye Tvitterdə qeyd edib.

Xatırladaq ki, döyüşçülər 2014-cü il sentyabrın 27-də görüşmüşdü. Həmin döyüşdə Makqreqor texniki nokautla Puaryeyə qalib gəlmişdi.

Qeyd edək ki, bu il sentyabrın 7-də Əbu-Dabidə qarışıq döyüşlər üzrə UFC-242 turnirində yüngül çəkidə UFC çempionu, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədova uduzan Dastin Puarye müvəqqəti UFC çempionu titulunu itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR