Qəbələdə benzin bir uşağı məktəbdən etdi

Qəbələdə benzin bir uşağı məktəbdən etdi
13:17 16 Yanvar 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

"KANAL S" (Region TV) xəbər verir ki, Qəbələnin Kötüklü kəndində yaşayan balaca qeyri-adiliyi ilə diqqət çəkir. 4 ildir ki, 11 yaşlı Elvin Kərimovun hərəkəti ailə üzvlərini narahat etsə də onu bu vərdişdən kənarlaşdırmaqda çətinlik çəkirlər. Hətta çox nadir hallarda yemək yeyən balaca bütün gününü benzin iyləməklə keçirir.

Elvinin bu vərdişi onun məktəb həyatından uzaqlaşmasına qədər dərinləşib. Məktəb müəllimlərinin, eləcə də həmyaşıdlarının ona tutduqları irada görə Elvin məktəbi atmaq məcburiyyətində qalıb. Elvinin böyük qardaşı da əvvəllər benzin iyləməyə aludə olsa da sonradan bu vərdişdən yaxa qurtara bilib. Ailə üzvləri Elvini bütün gün nəzarətdə saxlayır, onu benzindən uzaq tutmağa çalışsalar da balaca haradansa iyləmək üçün benzin əldə edir.

Həkimlərin sözlərinə görə, belə insanlarda dəmir defisit anemiyası olduğu üçün benzin, neft kimi maddələri iyləmə həvəsi yaranır.

Ailə üzvləri mütəmadi olaraq əlində evdə və digər yerlərdə benzinlə gəzən Elvinin sağlamlığı ilə yanaşı, ətrafa ziyan verə biləcəyindən qorxurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR