Mahir xarici kluba gedir? - Skautlardan müsbət cavab

Mahir xarici kluba gedir? - Skautlardan müsbət cavab
13:43 11 Sentyabr 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Mahir Emreli “Trabzonspor” klubu ilə yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” nəşri yazıb.

Nəşrin məlumatına görə, Futbol üzrə Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu klubun skautları da izləyiblər.

Onlar yığmanın və “Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər. “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/289902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR