Azərbaycan və Sverdlovsk vilayəti maşınqayırma sahəsində birgə müəssisənin yaradılmasını müzakirə edir

Azərbaycan və Sverdlovsk vilayəti maşınqayırma sahəsində birgə müəssisənin yaradılmasını müzakirə edir
15:22 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Kəmalə Məmmədli - Trend:

AzərbaycanRusiyanın Sverdlovsk vilayəti arasında qaldırıcı kran istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə danışıqlar aparılır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Sverdlovsk vilayəti maşınqayırma sahəsində böyük potensiala malikdir:

“Birgə müəssisənin Kalinin adına maşınqayırma zavodu ilə birgə yaradılması planlaşdırılır. Azərbaycanın aparıcı müəssisələri bu məsələyə maraq göstərir. Ümid edirəm ki, danışıqlar bu məsələdə irəliləyişə gətirib çıxaracaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3117022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR