ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb
15:57 11 Sentyabr 2019
22 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo ştatında Toledo şəhərinin hava limanı yaxınlığında göyərtəsində avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla səhər saat 3-də (Bakı vaxtı ilə saat 11:00) baş verib. Təyyarədə olan iki nəfərin taleyi hələlik məlum deyil.
Qəzadan sonra təyyarə tamamilə yanıb, hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüb.
Hava limanının təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə, qəzadan əvvəl onlar təyyarə ekipajından qəza siqnalı almayıb.

JUST IN: New video of the cargo plane crash in Toledo, plane burst into flames after hitting two trucks in a parking lot.
What we know: https://t.co/gOfFSjuXWw pic.twitter.com/YMXDKxidNP — WPEC CBS12 News (@CBS12) September 11, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-yuk-teyyaresi-qezaya-ugrayib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR