Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi

Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi
16:42 11 Sentyabr 2019
72 İdman
Ölkə mətbuatı
A- A+

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı boksçu sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gələcək.

ABŞ-lı boksçu 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan Fonteyn 6 dəfə məğlub olub.

Qeyd edək ki, Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb, bir dəfə isə Avropa çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR