Rusiya hərbçisi Ermənistanda naməlum şəraitdə ölüb

Rusiya hərbçisi Ermənistanda naməlum şəraitdə ölüb
16:47 11 Sentyabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazada xidmət edən 23 yaşlı hərbçi Aleksandr Babuşkin naməlum şəraitdə ölüb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Hərbçinin meyiti Muş məhəlləsində 32 saylı mənzildə aşkarlanıb.
Məlumata görə, çavuş Aleksandr Babuşkin müqavilə əsasında 102 saylı hərbi bazada xidmət edirmiş. Hadisənin səbəbi araşdırılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-herbcisi-ermenistanda-namelum-seraitde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR