65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər

65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər
17:17 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ahmet və Həbibə Kartal cütlüyü 65 il davam edən evlilikdən sonra eyni gündə dünyasını dəyişib. Belə ki, dünən səhər saatlarında qəflətən halı pisləşən 89 yaşlı Hacı Ahmet Kartal çatdırıldığı xəstəxanada vəfat edib. Həyat yoldaşının ölüm xəbərini alan 80 yaşlı Həbibə Kartalın da halı axşam saatlarına yaxın pisləşib. O da aparıldığı xəstəxanada dünyasını dəyişib.

Cütlüyün 65 il davam edən evlilikdən dördü oğlan, üçü qız olmaqla yeddi övladları var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR