“Polaroid” smartfondakı şəkillərin çap edilməsi üçün “cib” printeri təqdim edib

“Polaroid” smartfondakı şəkillərin çap edilməsi üçün “cib” printeri təqdim edib
17:35 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Polaroid Originals" şirkəti smartfonla çəkilmiş şəkilləri çap edə bilən "Polaroid Lab" mobil printerini təqdim edib. Qurğunun özəlliyi fərdi kompüter və digər şəkil mənbələrinə qoşulmaq üçün ənənəvi interfeysin yoxluğudur. Mobil printer smartfonun displeyinin "şəklini çəkir" və onu çap edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Polaroid Lab" mobil printeri 2015-ci ildə təqdim edilmiş "Instant Lab" modelinin varisi olub. Printer smartfonun ekranındakı şəkli çəkən kamera ilə təchiz edilib. Qurğu "iPhone 6" və sonrakı modellər, həmçinin əksər "Android" cihazları dəstəkləyir. Mobil printer "micro-USB" portu vasitəsilə enerji toplayır. İstehsalçı əmin edir ki, akkumulyatorun tutumu gözləmə rejimində 1 ay işləmək üçün kifayətdir.

 

Mobil proqram şəklin ekspozisiyasını və rəng korreksiyasını tənzimləməyə və 9 ayrı şəkildən kollaj düzəltməyə imkan verir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62837-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR