Bakıda yolayrıcının keçilməsi qaydalarının pozulması qəzalara səbəb oldu - VİDEO

Bakıda yolayrıcının keçilməsi qaydalarının pozulması qəzalara səbəb oldu - VİDEO
17:47 11 Sentyabr 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yolayrıcının keçilməsi qaydalarının pozulmasına görə baş verən qəzalar kameraya düşüb. 

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, ilk qəza Yasamal rayonu Şərifzadə küçəsində baş verib.

"VAZ 2107" markalı avtomobil baş yol ilə hərəkət edən zaman əks istiqamətdən gələrək, sola dönmək istəyən "Opel" markalı avtomobil onun qarşısına çıxıb. Nəticədə toqquşma baş verib.

İkinci hadisə Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində baş verib. Taksi sürücüsü Bakıxanov prospekti ilə hərəkət edən zaman işıqforun qadağanedici nişanında keçən avtomobil ilə toqquşub. Toqquşma nəticəsində taksinin ön hissəsi əzilib. Digər avtomobil isə zərbənin gücündən aşıb.

Üçüncü hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Kəsişmədə sağa dönən "BMW" markalı avtomobili buraxmayan "Mercedes Viano" markalı avtomobil ona çırpılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/785252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR