Məşhur idmançı 6 il sonra komadan ayıldı

2013-cü ildə keçirdiyi qəza nəticəsində xəstəxanaya yerləşdirilən və həmin tarixdən reanimasiyada müalicə olunan məşhur "F1" pilotu Maykl Schumacherdən sevindirici xəbər gəlib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bazar ertəsi günü kök hüceyrə müalicəsi üçün Parisdə yerləşən Georges-Pompidou xəstəxanasına yerləşdirilən Schumacherin müalicəsi ilə məşğul olan tibb bacısı "Le Parisien" adlı qəzetə açıqlama edib. O, açıqlamasında Schumacherin oyandığını və yaddaşının yerinə gəldiyini bildirib. Məşhur idmançının bu gün xəstəxanadan çıxacağı da deyilib.

İdmançının "F1" yarışlarını televiziyadan izlədiyi iddia edilir. Keçirdiyi qəzadan sonra başından yaralanan və aylarla komada qalan Scumacherin görüntüləri həmin gündən bəri ictimaiyyətə əks olunmayıb. Bu dövrdə məşhur idmançının sağlamlıq vəziyyəti ilə bağlı dəqiq məlumat almaq da olmayıb.

https://metbuat.az/news/1252768/yeni-iphone-modelinin-dizayni-sosial-media-istifadecilerinin.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR