Uzaq qalaktikadan gələn x-ray şüalarının mənşəyi araşdırılır - NASA

Uzaq qalaktikadan gələn x-ray şüalarının mənşəyi araşdırılır - NASA
18:05 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri uzaq qalaktikada mavi və yaşıl x-ray şüalarının mənşəyini araşdırıblar. Tədqiqatçılar sirli işıqların bu qədər parlaq olmasının səbəbini öyrənmək istəyiblər. Onlar müəyyən ediblər ki, ULX-4 tipli bu şüalar Yer kürəsindən 22 milyon il uzaqlıqda yerləşən "Atəşfəşanlıq Qalaktikası"ndan gəlir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Atəşfəşanlıq Qalaktikası"ndan (NGC 6946) yayılan mavi ə yaşıl rəngli şüalar rəqəmsal səma qurğusu ilə NASA-nın "NuSTAR" rəsədxanasında qeydə alınıb. Lakin müəyyən edilib ki, bu ULX şüaları əvvəlkilərə nisbətən daha qısaömürlüdür. Belə ki, 10 gün müddətində NASA-nın "NuSTAR" və "Çandra" teleskopları tez-tez əmələ gələn və itən şüaları çətinliklə qeydə ala biliblər. Tədqiqatçılar bildiriblər ki, həmin işıqların mənşəyini müəyyən etmək üçün 10 gün çox az müddətdir və bu şüalar qara dəlik, yaxud neytron ulduzları da ola bilərdi.

Avqustda aparılan tədqiqatlar zamanı alimlər bu şüaların qara dəlik tərəfindən udulan parlaq ulduz olduğunu da ehtimal ediblər. Qara dəliyin qravitasiyası ulduzu parçalara ayırır və bu prosesdə fırlanma gücü nəticəsində milyonlarla dərəcəlik temperatur, habelə x-ray radiasiyası əmələ gəlir. Lakin qara dəlik adətən 10 gün müddətinə ulduzları parçalayıb məhv edə bilir. ULX-4 şüalarının ani parlaması və itməsi isə, NASA-nın qənaətinə görə, onun bir neçə ulduzu anidən udmasının əlamətidir. Alimlər qeyd edirlər ki, ULX-4 neytron ulduzların da işığı ola bilər. Nəhəng olmayan bu ulduzlar qara dəlik tərəfindən ani udula və parçalana bilmədiyindən qeyri-adi dərəcədə sıx kürə şəklində Günəşin 12 mil radiusunda parlaq işıq saçır.

NASA-nın alimləri bildirirlər ki, neytron ulduzlar maqnit sahəsində o qədər sürətlə fırlanır ki, digər ulduzlardan gələn maneələr fonunda ətrafa parlaq x-ray işıqları yayılır. Lakin həmin şüaların mənşəyi qalaktikalararası sirr olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR