Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər

Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər
18:22 11 Sentyabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədənin sağalması ləngiyir.
"Report" "Goal.com"a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu böyük ehtimalla UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.
Daha öncə bildirilib ki, argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək "Valensiya" ilə ev matçında iştirak etməyəcək.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya "Borussiya"sına (Dortmund) qarşı keçirəcək. "Barselona" - "Valensiya" dueli isə sentyabrın 14-də olacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-cempionlar-liqasindaki-ilk-oyunu-buraxa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR