Mahirin öz evi yoxdur - Anar

Mahirin öz evi yoxdur - Anar
19:27 11 Sentyabr 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Milli.Az bildirir ki, məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Mahirin atası, prodüsser Anar Mədətovla əlaqə saxlayıb.

O, baş vermiş oğurluq hadisəsindən bixəbər olduğunu deyib.

"Bu xəbəri sizdən eşidirəm. Açığını desəm, şok oldum. Sulutəpədəki ev mənimdir və mənim adımadır. Mahirin öz evi yoxdur. Mən o evi vermişəm ki, orada yaşasınlar. Maraqlısı bundadır ki, ev 24 saat mühafizə olunur. Bu hadisə necə baş verə bilər, heç anlamıram. İndi evlə əlaqə saxlayıb, hadisəni öyrənərəm".

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və beş min manatlıq qızıl-zinət əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR