Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq

Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq
19:47 11 Sentyabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-2020-ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, ŞəmkirSabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.

Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər.

Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/785292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR