Balakəndə "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb

Balakəndə "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb
20:37 11 Sentyabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Balakən Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, əməliyyat-axtarış tədbirləri zamanı bir müddətdir məsuliyyətdən yayınaraq qaçamağa müvəffəq olan Mahalar kənd sakini, "Tərəkəmə Kamil" ləqəbli narkobaron Kamil Həsənov tutularaq istintaqa təhvil verilib.
Araşdırma zamanı onun tanışları Elvin Süleymanov, Elçin Qarayev, Akif Umarov, Rauf İsmayılov, Rəsul İsmayılov, Ceyhun Namazov, İlham Mahatov, Zülfüqar Xəlilov və Ramiz Mahatovla birgə əlbir olduğu müəyyənləşib. Meşə massivində üç müxtəlif sahədə, ümumilikdə, 416 ədəd çətənə kolu və 446 qram təmiz çəkidə qürudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/balakende-terekeme-kamil-leqebli-narkobaron-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR