Balakəndə evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Balakəndə evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb
20:52 11 Sentyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. 
"Report"un məlumatına görə, hadisə rayonun Gərəkli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Fazil İsmayılov Balakən Rayon Polis İdarəsinə müraciət edərək mənzilinin qarət olunduğunu və ona məxsus küllü miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni Gərəkli kənd sakinləri Nurlan Alqayev və tanışı Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar vətəndaşın mənzilinə pəncərədən daxil olaraq 50 000 Rusiya rubulu, 300 Gürcüstan larisi, 50 avro, 20 ABŞ dolları və 1200 qram çəkidə qızıl-zinət əşyalarını oğurlamaqla Fazil İsmayılova, ümumilikdə, 61 656 manat maddi ziyan vurublar. Onlar saxlanılaraq istintaqa təhvil verilib və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Balakən Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/balakende-evden-kulli-miqdarda-pul-ve-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR