"Barselona"dan İtaliya nəhənginə 60 milyon avro

"Napoli" klubunun ispaniyalı futbolçusu Fabian Ruis karyerasını ölkəsində davam etdirə bilər. Onun xidmətində "Barselona" maraqlıdır.

Metbuat.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı oyunçu üçün 60 milyon avro ödəməyə hazırdı. Komandanın baş məşqçisi Ernesto Valverde yarımmüdafiənin mərkəzində Fabian Ruis - Frenki de Yonq tandeminin uğurlu olacağına inanır. "Barsa" qış transfer pəncərəsi zamanı keçidi reallaşdırmağa çalışacaq.

"Napoli"nin əsas heyət üzvünü 60 milyon avroya satmayacağı gözlənilir. Neapol təmsilçisi yarımmüdafiəçinin satışından daha çox əldə etmək istədiyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR