ATƏT PA-nın prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərdən asılıdır”

ATƏT PA-nın prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərdən asılıdır”
21:12 11 Sentyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib.
O deyib ki, münaqişənin həlli üçün siyasi iradə tələb olunur: “İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etmək və ATƏT-in bu prosesdə daha fəal iştirakı yollarını axtarıb tapmaqdır”.
Görüşdə həmçinin ATƏT PA və Ermənistan arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/atet-pa-nin-prezidenti-dagliq-qarabag-munaqisesinin-helli-tereflerd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR