ATƏT PA-nın prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli...

ATƏT PA-nın prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli...
21:28 11 Sentyabr 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində çalışır və biz də bu prosesdə vasitəçilik edirik. Lakin təbii ki, istənilən münaqişənin həlli tərəflərdən asılıdır.

Bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla keçirdiyi görüşdə bildirib.

O deyib ki, münaqişənin həlli üçün siyasi iradə tələb olunur: “İstər Rusiya-Gürcüstan, istərsə də Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına mane olur. Buna görə də əsas vəzifə bu münaqişələrin həlli üçün mümkün olan hər şeyi etmək və ATƏT-in bu prosesdə daha fəal iştirakı yollarını axtarıb tapmaqdır” (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/289950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR