DİQQƏT: Yatmazdan əvvəl bu yeməkləri YEMƏYİN - Əks halda...

DİQQƏT: Yatmazdan əvvəl bu yeməkləri YEMƏYİN - Əks halda...
21:57 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bəzi yeməklər yuxu rejiminə tamamilə təsir edə bilir.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki, öz növbəsində yuxu rejiminin pozulması insanların pis yuxular görməsinə səbəb olur. Odur ki, yatmazdan əvvəl nə yediyinizə diqqət edin.

ŞƏKƏRLİ QİDALAR

Şəkərin çəkini artırması, ürək xəstəliyi, diabet və xərçəng riskini artırdığı məlumdur. Şəkərli qidalar həm də qorxulu yuxular görməyinizə səbəb ola bilər. Buna görə də, yatmazdan əvvəl peçenye və tort yeməkdən çəkinməlisiniz.

PENDİR

Pendir də pis yuxu görməyinizə səbəb olan qidalardandır. Ümumilikdə, araşdırmalar nəticəsində yatmazdan əvvəl süd məhsulları qəbul edənlərin qorxulu yuxular gördüyü məlum olub. 

ƏDVİYYATLI YEMƏKLƏR

Ədviyyatlı yemək və isti sous sizi yuxuda qəribə varlıqlarla qarşılaşdıra bilər. Belə ki, yatmazdan əvvəl acı sous yeyən insanların yuxu rejiminin pozulduğu, yatıqdan sonra isə qəribə yuxular gördüyü ortaya çıxıb. 

ŞOKOLAD

Şokolad da yuxu rejimini pozur və insanların qorxulu yuxular görməsinə səbəb olur. Bu qidanı günorta yemək daha uyğundur. 

DONDURMA

Dondurma bir çox insanın imtina edə bilmədiyi qidalardandır. Ancaq yatmazdan əvvəl dondurma yemək qorxulu yuxular gördürür.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR