Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu

Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu
22:27 11 Sentyabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda 11 yaşlı qızı maşın vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib. Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəkiliyev Yunis Miraləm oğlu idarə etdiyi "QAZ 24" markalı avtomobillə hərəkətdə olarkən, Tasmalı kəndinə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Mirzəyeva Ləman Nurlan qızını vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/785324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR