Bakıda 27 yaşlı gənc qəza zamanı iki maşının arasında qalıb

Bakıda 27 yaşlı gənc qəza zamanı iki maşının arasında qalıb
02:22 12 Sentyabr 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu Füzuli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 27 yaşlı Ağayev Bilal Pəhlivan oğlu yolu keçərkən onu maşın vurub və nəticədə iki maşının arasında sıxılıb qalıb. 
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ çiynin və belin əzilməsi diaqnozu qoyulub.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-27-yasli-genc-qeza-zamani-iki-masinin-arasinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR