Boltonun üç köməkçisi də istefa verdi

Boltonun üç köməkçisi də istefa verdi
03:27 12 Sentyabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra C. Boltonla birlikdə işləyən ABŞ administrasiyasının üç işçisi də istefa ərizəsini yazıblar.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki, milli təhlükəsizlik üzrə köməkçinin rabitə direktoru Sara Tinsli və Boltonun gündəlik planlaşdırılmasını həyata keçirən Kristin Samuelyan istefa verib.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boltonun-uc-komekcisi-de-istefa-verdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR