Türkiyə mediası: Prezident İlham Əliyevin Ankaraya səfəri regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdi

Türkiyə mediası: Prezident İlham Əliyevin Ankaraya səfəri regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdi
13:18 16 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 16 yanvar, AzərTAc
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri qardaş ölkənin kütləvi informasiya vasitələrinin əsas mövzusu olaraq qalmaqda davam edir.
“Anadolu” agentliyi, “Sabah”, “Cümhuriyyət ”, “Yeni şəfəq”, “Hürriyyət” və digər qəzetlər, ölkənin aparıcı televiziya və radio kanalları səfərlə bağlı materiallar verir. Bu səfərin, ölkələrimiz arasında imzalanan sənədlərin əhəmiyyəti, dövlət başçılarının bəyanatlarında səsləndirdikləri fikirlər təhlil edilir. Prezident İlham Əliyevin Ankaraya səfərinin regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdiyi əsaslandırılır. Bu strategiyanın geniş bir coğrafiyada sürətli inkişafa təsir edəcəyi barədə mülahizələr diqqətə çatdırılır.
Qeyd edilir ki, aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Türkiyədə təşkil olunacaq dövlət mərasimlərinə Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən dəvət olunması Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar mövqeyinə göz yuman və saxta “erməni soyqırımı” iddialarını dəstəkləyən qüvvələrə qarşı önəmli mesajdır.
Türkiyə mediası Azərbaycan - Türkiyə münasibətlərinin inkişafının xalqlarımızın ortaq marağı olduğunu diqqətə çatdırır.
Məqalələrlə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.aa.com.tr/tr/manset/450693--tanapin-hayata-gecmesiyle-stratejik-onem-artacak
http://www.hurriyet.com.tr/gundem/27972452.asp
http://www.yenisafak.com.tr/gundem/erdogan-aliyevi-dombra-ile-karsiladi-2065179
http://www.sabah.com.tr/gundem/2015/01/15/erdogandan-aliyeve-karsilama-toreni-canli və s.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
Ankara

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR