“Android” sistemli “Philips E516” mobil telefonu təqdim edilib

“Android” sistemli “Philips E516” mobil telefonu təqdim edilib
08:42 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən düyməli "Philips E516" mobil telefonu təqdim olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "Philips E516" modeli 240 х 320 piksel təsvir ölçülü horizontal ekranla təchiz edilib. Displeyin altında interfeysi sürətlə miqyaslayan klavişlər yerləşir. Model bu funksiyaya daha çox tələb duyan yaşlı insanlar üçün nəzərdə tutulub.

Yeni qurğuda "Wi-Fi" və "LTE" dəstəyini təmin edən ikinüvəli "Unisoc SC9820E" çipindən istifadə edilib. "E516", həmçinin daşınan "4G" marşrutlayıcısı kimi çıxış edə bilər. Analoji aparat platforması "Xiaomi Qin 1s" və "Qin 1s " qurğularının əsasını təşkil edir.

Bundan başqa, "Philips E516" 0,3 meqapikselli kamera, 1700 milliamper/saat tutumlu akkumulyator, 3,5 millimetrlik və "MicroUSB" çıxışları, "MicroSD" üçün 64 giqabayt tutumlu port və 512 meqabaytlıq operativ yaddaş ilə təchiz olunub.

Çində "Philips E516" mobil telefonu 56 dollar qiymətləndirilir. Seçim üçün qara və qırmızı rəng variantları təklif edilir.

Xatırladaq ki, ötən həftə zərbələrə davamlı korpusa malik düyməli "Philips Xenium E288s" "Android" smartfonunun nümayişi baş tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/784917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR