Mbappe zədəyə görə “PSJ” - “Real Madrid” matçını buraxacaq

Mbappe zədəyə görə “PSJ” - “Real Madrid” matçını buraxacaq
08:47 12 Sentyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın “PSJ” futbol klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının qrup mərhələsində “PSJ” (Fransa) - “Real Madrid” (İspaniya) matçını buraxacaq.
“Report” xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 20 yaşlı futbolçu yüngül məşqlərə başlasa da yaşıl meydançaya buraxılmayacaq. Mbappe Fransa çempionatında “Strasburq”la, ÇL-da isə “Real Madrid”lə görüşə çıxa bilməyəcək.
Qeyd edək ki, “PSJ”-nin futbolçusu “Tuluza” ilə görüşdə zədələnmişdi.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mbappe-zedeye-gore-psj-real-madrid-matcini-buraxacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR