Xalq artisti Rusiya və Türkiyə istehsalı olan möhtəşəm layihədə - FOTO

Xalq artisti Rusiya və Türkiyə istehsalı olan möhtəşəm layihədə - FOTO
10:28 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, aktyor Kamran Ağabalayev RusiyaTürkiyə istehsalı olan 12 seriyalı "Rus kölə" adlı serialda baş rolda çəkilir.

Publika.az xəbər verir ki, möhtəşəm layihədə Xalq artisti Pərviz Məmmədrzayev də çəkilir. Bu barədə Kamran Ağabalayev sosial şəbəkədə məlumat verib. Xalq artisti ekran işində əsas rollardan biri olan Qubernator obrazında çəkilir.

Qeyd edək ki, tarixi janrda olan ekran işi ilin ən möhtəşəm seriallarından biri olacağı gözlənilir.

Ekran işində həmyerlimiz Kamran Ağabalayev də Bəyazıd ağa obrazına həyat verir.

“Rus kölə”də Xorvatiya, Gürcüstan, Rusiya, Ermənistan, İtaliya kimi ölkələrin aktyorları da iştirak edir.

Məlumat üçün bildirək ki, serialda türk, rusiyalı və gürcü aktyorlar da yer alacaq. Layihənin rejissoru Elena Deniseviçdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/289982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR