Flora Kərimova Sami Yusifin "Sığmazam"ından DANIŞDI

Flora Kərimova Sami Yusifin "Sığmazam"ından DANIŞDI
11:13 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

“Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, hər bir vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir. Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları - muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Sami Yusifin, xanəndə Təyyar Bayramov və aşıq Samirənin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun tarixində Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində Nəsiminin “Sığmazam” kompozisiyası haqqında deyib.

O, sözügedən kompozisiyanı çox bəyəndiyini gizlətməyib:

“Bu gənc Sami Yusif və ona bu işdə dəstək olanlar bu işin öhdəsindən layiqi ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”.

Aytən Məftun

Təyyar Bayramovun Sami Yusiflə “SIĞMAZAM” kompozisiyası hər kəsi RİQQƏTƏ GƏTİRDİ - VİDEO


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/289988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR