19 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Metbuat.az xəbər verir ki əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR