Ronaldinyo futbola qayıdır

Ronaldinyo futbola qayıdır
11:57 12 Sentyabr 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya milli komandasının və "Barselona"nın sabiq üzvü Ronaldinyo yenidən yaşıl meydanlara qayıdır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi "Santa Fe" klubunun heyətində yoxlama oyununa çıxacaq. Bu barədə Kolumbiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oktyabrın 17-də keçirilməsi planlaşdırılan oyunda rəqib məlum deyil.

Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə "Barselona"da çıxış etmiş Ronaldinyo, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR