Dünyada bir ilk gerçəkləşir: avtomobillər yeni yanacaqla işləyəcək - FOTO

Dünyada bir ilk gerçəkləşir: avtomobillər yeni yanacaqla işləyəcək - FOTO
12:28 12 Sentyabr 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

İranlı mühəndis Mehdi Firuzi bir ilkə imza atıb.

Publika.az xəbər verir ki, mühəndis təbii qazla işləyə bilən avtomobillər üçün mühərrik istehsal etməyə başlayıb.

Türkiyənin Van şəhərində fabrik tikərək 20 mühəndislə işə başlayan Firuzi bu iş üçün 17 milyon TL pul xərcləyib.

Mühəndis kompozit materialından düzəldiləcək təzyiqli balonlarla avtomobillərin təbii qazla işləməsini təmin etmək niyyətindədir.

Yanacağa qənaət etməklə həm şəhər, həm də ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcədə fayda verəcək layihədə ilk mərhələdə 150 nəfər işləyəcək.

Almaniyadan son model texnoloji avadanlıqlar gətirdik. Bu avadanlıqlarla ABŞ-da, Yaponiya və Kanadada bənzər fəaliyyətlər aparılır. Təyyarə və sualtı gəmilərin istehsalından istifadə edilir. Ümid etdiyimiz dəstəyi görsək, işçi sayımız 400-ə çata bilər. Təzyiqli balon istehsal edirik. Bu ana qədər bütün dünyada balonlar poladdan istehsal edilirdi. Bunlar ağır olduğu üçün qiyməti də çox çıxırdı. 100 litrlik polad balonun 120 kq ağırlığı olurdusa, bizim istifadə etdiyimiz materialla bu ağırlığı 22 kiloqrama saldıq. Bu mühərriklə işləyən avtomobillərin yanacaq əldə etməsi üçün şəhərin müxtəlif bölgələrində yanacaq stansiyaları quraşdıracağıq. Heç bir partlayış təhlükəsi yoxdur. Bu sahə isə gəlir gətirəndir. Fabrik milyard dollarlıq gəlir gətirəcək potensiala sahibdir” – Firuzi layihəsi haqqında danışarkən qeyd edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/289997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR