Səfir: "Türkiyə və Azərbaycan Qarabağ məsələsində dünyada eyni çevrələrlə üz-üzə gəlməkdədir"

Səfir: "Türkiyə və Azərbaycan Qarabağ məsələsində dünyada eyni çevrələrlə üz-üzə gəlməkdədir"
12:37 12 Sentyabr 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

TürkiyəAzərbaycan olaraq mədəniyyətimizlə, tariximizlə bir millət, iki dövlətik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq, bu prosesi davam etdirməkdə israrlıyıq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır: "Biz bu məsələdə dünyada eyni çevrələrlə üz-üzə gəlməkdəyik. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediası üzərinə düşən ən böyük vəzifələrdən biridir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/785473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR