Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib

Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib
12:47 12 Sentyabr 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.
Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mahir-emrelinin-menzilini-qaret-etmekde-subheli-bilinen-sexsler-mueyy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR