Rəcəb Tayyib Ərdoğan: TANAP layihəsinin boru istehsalında, təminatında və podrat xidmətlərində Türkiyə firmaları üstünlük təşkil edir

13:19 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Enerji Türkiyə ilə Azərbaycan arasında çox böyük önəmə malikdir. Bilirsiniz ki, artıq dünya layihəsinə çevrilən TANAP-la bağlı addımlar atıldı. Burada istər həm boru istehsalında və təminatında, istərsə də podrat xidmətlərində Türkiyə firmaları üstünlük təşkil edir.
AzərTAc xəbər verir ki, bu fikirləri yanvarın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında səsləndirib.
TANAP layihəsinin həyata keçməsi ilə birlikdə, təbii ki, Azərbaycanın mövqeyindən tutmuş Türkiyənin mövqeyi və buradakı strateji önəm daha çox artacaqdır. Bununla bağlı addımlar atıldı. 2015-ci il bu məsələdə böyük önəm kəsb edir, deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Receb_Tayyib_Ardogan_TANAP_layihesinin_boru_istehsalinda_teminatinda_ve_podrat_xidmetlerinde_Turkiye_firmalari_ustunluk_teskil_edir-825239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR