Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb

Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb
13:07 12 Sentyabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia və Ambrolauri hava limanları 583 104 sərnişinə xidmət göstərib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.
İllik müqayisədə qonşu ölkənin aeroportlarında sərnişinlərin sayında 11% azalma qeydə alınıb.
Yanvar-avqust aylarında isə Gürcüstanın 5 hava limanında 3 640 823 sərnişinə xidmət göstərilib. Bu da ötən ilin eyni göstəricisindən 8% çoxdur.
Sərnişin axınında azalmaya səbəb iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviauçuşları dayandırmasıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-hava-limanlarinda-sernisindasima-11-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR