DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır? - VİDEO - FOTO

DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır? - VİDEO - FOTO
13:17 12 Sentyabr 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusən xanımlar arasında lazer epilyasiyasına müraciət edənlər çoxdur. Lazer epilyasiyasından tüklərin soğanaqları yandığı üçün sonra həmin yerdəki tüklər seyrəlir. Amma son vaxtlar bu üsulun zərərləri barədə xəbərlər yayılır. Bəs doğrudanmı lazer epilyasiyasının bədənə mənfi təsirləri var?

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Xanımlarda sonsuzluq və s. problemlər ola bilər deyirlər. Bir yaxın rəfiqəm də qorxduğuna görə getmədi".

Sakin: "Məndə Allaha şükür ki, bu günədək heç bir fəsad olmayıb".

Dinana Rüstəmova - Lazeroloq: "Bəzi insanlarda orqanizmindən asılı olur, yəni biz məsləhət görürük ki, bəzi nahiyələrə vurmaq məsləhət deyil. Hormonların çoxalan, azalan hissələri olur ki, o hissələrə vurmuruq".

Bununla da bitmir. Lazer epilyasiyasından istifadə bəzi insanlarda daha ağır fəsadlara səbəb olur.

Vaqif Abdullayev - Dermatoloq: "Hamilə qadınlara, onkoloji xəstələliyi olanlara tövsiyə olunmur. Şəkərli diabet və yaxud da infeksion xəstəliklər varsa, üzdə genital bölgədə, aralıq nahiyədə gerpes varsa, bu zaman da qəti şəkildə lazer epilyasiyası etmək olmaz".

Dinana Rüstəmova - Lazeroloq: "Zob olanda biz artıq üzdən aşağı düşmürük, çünki boğazda zob olanda başqa bir fəsadlar yarana bilər. Bundan əlavə, ginekoloji problemlər olduğu zaman həkim məsləhət verir ki, olmaz. Həkim məsləhətindən sonra artıq biz də etmirik".

Bunlarla yanaşı, dermotoloqlar bildirir ki, əgər dəridə hər hansı formada xallar varsa, lazer müddətində mütləq üzəri örtülməlidir. Əks halda bu ciddi fəsadlar verə bilər.

Vaqif Abdullayev - Dermatoloq: "Yay vaxtı lazer epilyasiyasından 2 həftə əvvəl, 2 həftə sonra qəti şəkildə "zaqar" almaq olmaz, qaralmaq olmaz. Gün şüalarından qorumaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/785482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR