Qulu Novruzov: “Akademiyaya tələbə qəbulu ikiqat artıb”

Qulu Novruzov: “Akademiyaya tələbə qəbulu ikiqat artıb”
13:28 12 Sentyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına 2019/2020-ci tədris ili üzrə tələbə qəbulu ikiqat artıb.

Publika.az xəbər verir ki, bunu Akademiyanın rəisi Qulu Novruzov deyib.

Akademiya rəisi bildirib ki, 2014/2015-ci tədris ilində Akademiyaya ilk dəfə tələbə qəbulu həyata keçirilib və həmin il “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 22 nəfər olmaqla, ümumilikdə 44 nəfər tələbə qəbul olub.

“2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 44, o cümlədən bu tədris ilindən başlayaraq ilk dəfə tələbə qəbulu aparılan yeni yaradılmış “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 22 yer ayrılıb. Beləliklə, bu il Akademiyaya qəbul ikiqat artırılaraq I kurs tələbələrinin sayı 120 nəfərə çatıb. Bununla yanaşı, 2019/2020-ci tədris ilində Akademiyanın ilk dəfə olaraq magistratura pilləsinə də qəbul aparılıb. Magistratura pilləsinə qəbul “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisasları üzrə həyata keçirilib” – deyə o, qeyd edib.

“İnformasiya təhlükəsizliyi” ixtisası ilə bağlı danışan Qulu Novruzov diqqətə çatdırıb ki, gömrük orqanlarında elektron xidmətin tətbiqi, sistemin elektronlaşması bu ixtisasa yiyələnmiş peşəkar kadrlara ehtiyacı zəruri edir. “Bu ehtiyacı qarşılamaq məqsədilə Akademiya gömrük orqanlarında çalışmaq üçün peşəkar kadr hazırlığını həyata keçirir” – deyə Akademiya rəisi vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/290010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR