Məşhur müğənni əri ilə səmimi görüntülərini yaydı - VİDEO

Məşhur müğənni əri ilə səmimi görüntülərini yaydı - VİDEO
14:03 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Zemfira İbrahimova qızı Dəniz və həyat yoldaşı Anar Heydərova sevgisini instaqramda elan edib.

Publika.az xəbər verir ki, o, doğum günləri eyni günə təsadüf edən həyat yoldaşı və qızının şəkillərini paylaşaraq instaqramda onları təbrik edib. İfaçı qızına olan ürək sözlərini belə ifadə edib:

“Ailə müqəddəs və gözəldir. Onu qorumaq hər kəsə nəsib olmur. Məni analıq adına ucaldan qızım, yaxşı ki, varımsan. Bəzən elə hisslər olur ki, sözlə ifadə edə bilmirsən. Sən mənim döyünən ürəyimsən”.

Sənətçi daha sonra həyat yoldaşına müraciət edərək onu çox sevdiyini qeyd edib:

“Anar Heydərov, səninlə acılı, əziyyətli günlərimiz olub. Ancaq əl-ələ verib bütün çətinlikləri keçdik. Sən yaxşı ata, həyat yoldaşısan. Bunun üçün hər zaman var ol. Səni sevirəm, bu sevgimi nə illər, nə də zaman dəyişdirəcək. Xoşbəxtəm ki, mənim ailəmsiz. Allah sizi mənə çox görməsin”.

Cütlüyün bu nikahdan bir qız və bir oğlan övladı var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/290007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR