"Nüvə müharibəsi riski var" - Sergey Ryabkov

"Mövcud vəziyyətdə nüvə müharibəsi yaranması riski var. Təəssüf ki, bu bir gerçəkdir".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri müavini Sergey Ryabkov deyib. Beynəlxalq Araşdırma Universitetində çıxış edən Ryabkov ABŞ ilə Rusiya arasında 2010-cu ildə imzalanan "Strateji silahların azaldılması anlaşması"nın ("New START") bitəcəyini xatırladaraq deyib:

"Qərb ortaqlarımızın davranışları daha da sərt oldu. ABŞ "New Start" müqaviləsi məsələsində müzakirəyə hazır olmadıqlarını bildirir".

O, həmçinin Rusiyanın ABŞ ilə strateji istiqrar mövzusunda müzakirələrə açıq olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR