Gəncə sakinindən narkotik maddə götürülüb

Gəncə sakinindən narkotik maddə götürülüb
14:55 12 Sentyabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncə sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Həsən Quliyev saxlanılaraq RPİ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 10.5 qram çəkidə narkotik vasitə olan “marixuana” və 1.2 qram “heroin” aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H. Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3117357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR