17 yaşlı qız valideynlərini öldürtmək üçün muzdlu qatil tutdu - FOTOLAR

ABŞ-ın Florida ştatında yaşayan 17 yaşlı Alissa Hatçerin validenylərini öldürmək üçün etdikləri polisi də, eşidənləri də təccübləndirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, gənc qızı əvvəlcə valideynlərinin bank kartlarını oğurladığı üçün yaxalayan polis araşdırma apardıqdan sonra məlum olub ki, Alissa 2 dostuna külli miqdarda pul verərək valideynlərini öldürməsinə yardım etmələrini istəyib. Bank hesablarından əvvəlcə 503, sonra isə 926 dollar çıxardığı təsbit edilən Alissanın ilk çıxardığı pulun 100 dolları ilə narkotik vasitə aldığı məlum olub. Qalan pulu isə qatil tapmaları üçün dostlarına verib.

Hər şeyi polisə etiraf edən gənc qız ilk cəhdinin uğursuz olduğunu, ikinci dəfə çıxardığı 900 dolları qaradərili bir muzdlu qatilə verdiyini söyləyib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR