Vahid Ələkbərov ilk üçlükdə - Siyahı

Vahid Ələkbərov ilk üçlükdə - Siyahı
15:17 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Forbes" jurnalı rusiyalı milyarderlərin yeni siyahısını tərtib edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda ilk yerdə "Sibura" və "Novatek" iri auksionerlərinin rəhbəri Leonid Mihelson liderlik edir. Onun sərvəti 26,2 milyard dollar miqdarında dəyərləndirilir. 

İkinci yerdə 22,1 milyard dollar sərvətlə Prezident Vladimir Putinlə yaxınlığı ilə tanınan, Leonid Mihelsonun ortağı Qennadi Timçenko qərarlaşıb.

Azərbaycanlı iş adamı, "Lukoyl" şirkətinin Prezidenti Vahid Ələkbərov siyahıda üçüncü yerdədir. O, 21,2 milyard dollar sərvətə sahibdir.

Dördüncü yeri 20,8 milyard dollar səırvətlə "NLMK" şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin tutub.

Beşinci yerdə isə "Severstali" şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. O, 20,4 milyard dollar sərvətə yiyələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR