Müəllimlərin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb
17:57 12 Sentyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. 
Təhsil Nazirliyindən "Report"a bildirilib ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 2040 namizəd uğur qazanıb.
Müəllim adını qazanmış şəxslər sentyabr ayının 14-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində verilən işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/muddetli-muqavile-ile-ise-qebul-uzre-elektron-yerlesdirmenin-neticeler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR