Nazirdən Sami Yusifin "Sığmazam"ına MÜNASİBƏT

Nazirdən Sami Yusifin "Sığmazam"ına MÜNASİBƏT
17:58 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan əsilli müğənni Sami Yusufun azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında səsləndirdiyi kompozisiyaya münasibət bildirib.

Publika.az xəbər verir ki, nazir kompozisiyanın bu il müddətinə Azərbaycanda keçirilən ən uğurlu layihələrdən biri olan UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi üçün hazırlandığını vurğulayıb: "Konsert proqramı Mədəniyyət Nazirliyinin və Heydər Əliyev fondunun iştirakı ilə beynəlxalq mütəxəssislərin cəlb edilməsi ilə həyata keçirilib. Biz konserti o vaxt qəsdən yaymadıq. Çünki razılıq əldə olunmuşdu. Nəhayət ki, danışıqlar başa çatdı, tezliklə geniş tamaşaçı auditoriyasına təqdim ediləcək. Həqiqətən də fəxr etməyə dəyər. Çox sevinirəm ki, xalqımız tərəfindən yüksək qiymətləndirildi və Nəsimi yaradıcılığı bu gün yeni dalgada qüvvəyə mindi".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/290042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR