Rusiya hərbi təlimlərə başlayır: 128 min hərbçi, 600 təyyarə, 200 tank... - FOTO

Rusiya hərbi təlimlərə başlayır: 128 min hərbçi, 600 təyyarə, 200 tank... - FOTO
20:42 12 Sentyabr 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın 128 min ordusu "Mərkəz-2019" hərbi təlimləri keçirəcək.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Moskvada təşkil etdiyi brifinqdə bildirib.

Məlum olub ki, hərbi təlinmlər 16-21 sentyabr tarixlərində keçiriləcək. Moskvada təşkil edilən brifinqin əsas məqsədi isə təlimlər haqqında xarici ölkələrin hərbi atteşələrinə məlumat verməkdir.

Hərbi təlimlər Orenburq, Astarxan, Çelyabnski, Altay bölgəsində baş tutacaq. Hərbi təlimlərdə 128 min əsgər, 600 təyyarə, dron, helikopter, 200 tank və 15 hərbi gəmi iştirak edəcək.

Məlumata görə, təlimin məqsədi beynəlxalq terrorizmlə mübarizə, orta Asiyada təhlükəsizliyin təmin edilməsidir. General-polkovnik Aleksandr Fomin bildirib ki, 8 ölkənin hərbçiləri də təlimlərə qatılacaq.

Qeyd edək ki, 2018-ci ildə Rusiya 297 min hərbçinin iştirakı ilə "Qərb-2019" hərbi təlimini keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/785632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR