Aktrisaya əvvəl arılar hücum etdi, sonra it dişlədi

Aktrisaya əvvəl arılar hücum etdi, sonra it dişlədi
20:47 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Türk aktrisası Burcu Karaya babasının evində arılar hücum edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, arılardan qaçmaq istəyən 39 yaşlı aktrisanı bu dəfə də qonşunun iti dişləyib.

"Qohumumla birlikdə ağacdan əncir toplayırdıq. Əvvəl 2-3 arı gəldi. Daha sonra onların sayı artınca, əlimizlə uzaqlaşdırmağa çalışdıq. Panikada düşüb qaçmağa başladıq. Mənin getdiyim tərəfdə arı pətəyi varmış. Bütün arılar bədənimə qondu. O arada da qonşunun iti gəlib ayağımı dişlədi. Birtəhər ondan xilas olub qonşunun evinə sığındım. Həkim allergiyaya qarşı dərman verdi. Göz qapaqlarımdan belə arıların iynələrini təmizlədik" deyə, aktirsa qeyd edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR