Həbib Putinlə görüşdü - FOTO/VİDEO

Həbib Putinlə görüşdü - FOTO/VİDEO
22:08 12 Sentyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədov və onun atası Abdulmanap Nurməhəmmədovla görüşüb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, görüş Mahaçqala aeroportunda baş tutub.

İdmançı Rusiya liderini yola salmaq üçün aeroporta gəlmişdi. Görüşdə həmçinin Dağıstanın başçısı Vladimir Vasilyev iştirak edib.

Xatırladaq ki, sentyabrın 7-də Həbib Nurməhəmmədov üçüncü raundda boğucu fəndlə amerikalı Dastin Porye üzərində qələbə qazanaraq ikinci dəfə UFC çempionu titulunu qoruya bilib. Bu, indiyə qədər heç bir döyüşü uduzmayan 30 yaşlı dağıstanlı idmançının 28-ci qələbəsidir


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/290059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR